"Qarabağ" "Kəpəz"lə, "Zirə" "Sabah"la üz-üzə gələcək

09:27 - 27 Yanvar 2024

\"Qarabağ\" \"Kəpəz\"lə, \"Zirə\" \"Sabah\"la üz-üzə gələcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçiriləcək.

 

Manset.az xəbər verir ki,ilk olaraq son çempion "Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək. Ağdam təmsilçisi 44 xalla liderdir. Gəncə klubu 17 xalla 9-cu sıradadır.

Günün ikinci matçında "Zirə" "Sabah"ı qəbul edəcək. Meydan sahibləri 30 xalla ikinci, qonaqlar 23 xalla 8-ci pillədə qərarlaşıblar.

Azərbaycan Premyer Liqası

XX tur

15:00. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

17:30. “Zirə” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun ilk qarşılaşmasında "Turan Tovuz" evdə "Səbail"ə qalib gəlib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az