"Sumqayıt" "Araz-Naxçıvan"la, "Neftçi" "Qəbələ" ilə üz-üzə gələcək

09:17 - 28 Yanvar 2024

\"Sumqayıt\" \"Araz-Naxçıvan\"la, \"Neftçi\" \"Qəbələ\" ilə üz-üzə gələcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

 

Manset.az xəbər verir ki, son olaraq daha iki oyun keçiriləcək.

Günün ilk görüşündə "Araz-Naxçıvan" və "Sumqayıt" komandaları üz-üzə gələcəklər. Naxçıvan klubu 26 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi 30 xalla 3-cü pillədə qərarlaşıb.

Tur "Neftçi" - "Qəbələ" matçı ilə başa çatacaq. Paytaxt təmsilçisi 29 xalla 4-cü, "qırmızı-qaralar" 14 xalla sonuncu-10-cu yerdədir.

Azərbaycan Premyer Liqası

XX tur

15:00. "Araz-Naxçıvan” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Dalğa Arena”

17:30. “Neftçi”– “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Neftçi Arena”

Qeyd edək ki, XX turda "Turan Tovuz" "Səbail"i (3:1), "Qarabağ" "Kəpəz"i (2:1), "Sabah" isə "Zirə"ni məğıub edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az