Ötən gecə "Braqa" Portuqaliya Premyer Liqasının 21-ci turunda "Sportinq"lə üz-üzə gəlib.
Manset.az xəbər verir ki, "Qarabağ"ın rəqibi "Sportinq"ə 5:0 hesabı ilə məğlub olub.
40 xalı olan "Braqa" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Braqa" Avropa Liqasının pley-offunda "Qarabağ"ın rəqibidir. Bu komandalar arasında ilk oyun 15 fevral Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.