Şərqi İngiltərə Universitetinin alimləri müəyyən ediblər ki, qaragilə piylənmə və şəkərli diabetdən əziyyət çəkən böyüklərin emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Manset.az xəbər verir ki, bu barədə American Journal of Clinical Nutrition jurnalında qeyd olunub.
Araşdırmada metabolik sindromlu 50-75 yaş arası 115 nəfər iştirak edib. Bu, piylənmə ilə əlaqəli metabolik bir pozğunluqdur. Bu patologiyası olan insanlarda ürək xəstəliyi, diabet, oynaqların zədələnməsi, xərçəng və digər xəstəliklərin inkişaf riski artır.
Alimlər qeyd ediblər ki, qaragilə daha çox koqnitiv yükü olan insanlar, eləcə də stresli şəraitdə işləyənlər üçün faydalı ola bilər.
Jalə
Manşet.az