“Süni intellekt qadınlarla danışmağı əsl kişidən daha yaxşı bilir” - Çinli qadınlar

08:45 - 14 Fevral 2024

“Süni intellekt qadınlarla danışmağı əsl kişidən daha yaxşı bilir” - Çinli qadınlar

2013-cü ildə insanlar və süni intellekt arasındakı sevgidən bəhs edən elmi fantastika filmi "Onun" (Love) Çində reallığa çevrilib.

 

Bu barədə Manset.az xarici KİV-ə istinadən xəbər verir.

Belə ki,  həyatın sürətli tempi və şəhər təcridində  real həyatda romantik münasibətlər qurmaqda çətinlik çəkən çinli qadınlar süni intellektli chatbotlardan “sevgili” kimi istifadə edirlər.

Şanxayda yerləşən MiniMax startapı tərəfindən yaradılmış “Glow” onlardan biridir. Glow-dan istifadə edən qadınlar deyirlər ki, chatbot “qadınlarla danışmağı əsl kişidən daha yaxşı bilir” və özlərini romantik münasibətdə hiss edirlər. Süni intellektli söhbət proqramlarına pop ulduzlardan tutmuş CEO-lara qədər yüzlərlə hazır personaj daxildir. Bununla belə, istifadəçilər personajları fərdiləşdirərək “mükəmməl sevgililərini” yarada bilərlər. Bəzi proqramlar hətta istifadəçilərə 24 saat canlı söhbət etməyə imkan verir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az