Xankəndidə silah-sursat aşkarlandı

12:40 - 14 Fevral 2024

Xankəndidə silah-sursat aşkarlandı

Polis əməkdaşları Xankəndidə avtomat və qumbaralar aşkarlayıblar.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 13-də Xankəndi şəhəri ərazisində altı ədəd müxtəlif markalı avtomat, iki tapança, səkkiz ədəd müxtəlif markalı tüfəng, yeddi ədəd qumbara, dörd alışdırıcı, 50 ədəd patron darağı, 1 770 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az