Milli parkda “tok”la ov edən şəxs saxlanıldı

09:17 - 02 Mart 2024

Milli parkda “tok”la ov edən şəxs saxlanıldı

Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə həyata keçirdikləri tədbir zamanı Milli Parkın ərazisindəki Kiçik Körfəz su sahəsində qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan Masallı rayon sakini Telman Məcidov saxlanılıb.

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az