Bu tarixədək qaz kartlarına ödəniş etmək olmayacaq

12:56 - 02 Mart 2024

Bu tarixədək qaz kartlarına ödəniş etmək olmayacaq

“SmartElektroniks” MMC tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.

 

“Azəriqaz” İB-dən Manset.az-a verilən məlumata görə, bu səbəbdən ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq

“Ödəniş sistemi 2 mart saat 22:00-dan 3 mart saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq. Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur. Müvəqqəti narahatlığa görə üzr istəyirik”, - məlumatda bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az