Abonentlərin NƏZƏRİNƏ: Ödəniş sisteminin fəaliyyəti dayandırılacaq

20:28 - 02 Mart 2024

Abonentlərin NƏZƏRİNƏ: Ödəniş sisteminin fəaliyyəti dayandırılacaq

"SmartElektroniks" MMC tərəfindən "Azəriqaz" İstehsalat Birliyinin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq. 



Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. 

Bildirilib ki, bu səbəbdən ödəniş sistemi 02.03.2024-ci il saat 22:00-dan 03.03.2024-cü il saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq. 

“Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur. 

Müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə məlumatda qeyd olunub.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az