Ramiz Mehdiyev İsrailə aparılıb? - AÇIQLAMA

09:43 - 04 Mart 2024

Ramiz Mehdiyev İsrailə aparılıb? - AÇIQLAMA

Prezident Administrasiyasının eks-rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb.

Manset.az Gununsesi.info-ya istinadən xəbər verir ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb.

Bildirilir ki, bir sutka həkim nəzarəti altında qalan 85 yaşlı Mehdiyevi ailəsinin istəyinə əsasən özəl təyyarə ilə İsrailə aparıblar.

***

Ramiz Mehdiyev Manset.az-a açıqlama verərək məlumatın yanlış olduğunu bildirib.

"Mən evimdəyəm, istirahət edirəm."

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az