Arda Gülər Ançelotti gedənə qədər "Real"a qayıtmayacaq

14:43 - 04 Mart 2024

Arda Gülər Ançelotti gedənə qədər \"Real\"a qayıtmayacaq

"Real Madrid"də oynamaq şansı tapmaqda çətinlik çəkən türk futbolçu Arda Gülərin ən az 2 mövsüm başqa komandaya icarəyə veriləcəyi iddia edilib.

 

Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, bu barədə xəbərlər İspaniya mətbuatında tirajlanıb.

Məlumata görə, "Real Madrid" rəhbərliyi müqaviləsini 2026-cı il mövsümünün sonuna qədər uzatdığı Karlo Ançelottinin Ardaya vaxt verməyəcəyini qəbul edib.

Ona görə də Arda icarəyə gedə biləcək klub axtarışındadır.

Ancaq bu, 1 illik icarə olmayacaq. Yəqin ki, klub rəhbərliyi Karlo Ançelottinin vəzifədə olduğu müddətdə Arda Güləri komandadan uzaqlaşdıracaq.

Qeyd edək ki, Arda öncədən "Las Palmas", "Real Sosyedad" və digər məşhur klublardan təklif alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az