Ötən il 45 nəfər Azərbaycana ekstradisiya olunub

17:59 - 05 Mart 2024

Ötən il 45 nəfər Azərbaycana ekstradisiya olunub

2023-cü il ərzində 45 şəxsin Azərbaycan Respublikasına ekstradisiya olunması təmin edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hesabatda bilirilir ki, 2023-cü il ərzində MDB ölkələrinin ərazisində törətdikləri cinayət əməllərinə görə təqsirləndirilərək, beynəlxalq axtarışı elan edilib və Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş 100 şəxs barəsində istintaq orqanlarından müvafiq vəsatətlər daxil olub. Onlardan 17-i təmin edilib, 71 şəxsin verilməsindən imtina edilib, 4 vəsatət geri götürülüb, 8 vəsatət isə növbəli hesabat ilinə qalıq qalıb.

2023-cü il ərzində Rusiyadan 24, Moldovadan 2, Gürcüstandan 5, Ukraynadan 5, Polşadan 2, Belarusyadan 4, Almanyadan 1, Böyük Britaniyadan 1 və Livandan 1 şəxs olmaqla, ümumilikdə 45 şəxsin Azərbaycan Respublikasına ekstradisiya olunması təmin edilib.

Hesabat dövründə həmçinin Rusiyaya 11, Özbəkistana 5, Hindistana 1 və Türkiyəyə 1 nəfər olmaqla cəmi 18 şəxsin Azərbaycan Respublikasından ekstradisiyası təmin olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az