Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti necədir?

10:51 - 06 Mart 2024

Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti necədir?

“Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyətində hər hansı irəliləyiş yoxdur”.

 

Manset.az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.

O qeyd edib ki, it dişləməsi səbəbi ilə zərərçəkən doqquz yaşlı (kişi cinsli) azyaşlının müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qalmaqdadır.

Xatırladaq ki, hadisə mart ayının 3-də “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Belə ki, 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdi öz yoldaşları ilə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az