Millimizin oyunlarının biletləri satışa çıxarıldı

10:14 - 13 Mart 2024

Millimizin oyunlarının biletləri satışa çıxarıldı

Azərbaycan millisinin FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirəcəyi oyunların biletləri satışa çıxarılıb.

 

Mannset.az xəbər verir ki, azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşlər üçün biletləri əldə edə bilərlər.

Biletlərin qiyməti 1-ci kateqoriyaya 10, 2-ci kateqoriyaya 5, 3-cü kateqoriyaya 2 manatdı. VIP1 üçün 30, VIP2 üçün isə 25 manatlıq bilet müəyyən edilib.

Azarkeşlər biletləri Gənclik Mall, 28 Mall, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi və 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzindən ala bilər.

Qeyd edək ki, yığmamız martın 22-də Monqolustan, 25-də isə Bolqarıstanla qarşılaşacaq. Hər iki görüş saat 20:00-da başlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az