Qaxda ər arvadını döyərək xəsarət yetirdi

17:10 - 26 Mart 2024

Qaxda ər arvadını döyərək xəsarət yetirdi

Qaxda ər həyat yoldaşını döyərək xəsarət yetirib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qaxın Qaysarlı kənd sakini İlkin Musazadə ailə münaqişəsi zəmnində həyat yoldaşı, 33 yaşlı G. Musazadəni döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Burnundan xəsarət alan qadına xəstəxanada tibbi yardım göstərilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub, tərəflərin izahatları alınıb.

Faktla bağlı bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az