İşləyən pensiyaçıların sayı açıqlandı

14:39 - 02 Aprel 2024

İşləyən pensiyaçıların sayı açıqlandı

“Hazırda 60 mindən artıq işləyən pensiyaçımız var”.

 

Manset.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sosial şəbəkə hesabında canlı yayımda deyib.

O bildirib ki, əhalinin işləməyə daha çox meyilli olduğunu nəzərə alsaq, bu rəqəm getdikcə artacaq: “Pensiyaya çıxdıqdan sonra da işləyən vətəndaşlarımız var. Onlar 6 il işlədikdən sonra hər il indeksasiya olunaraq artmış kapitalları pensiyalarının üzərinə gələcək. Bu gün bu müraciət əsasında həyata keçirilir. Hazırda elektron proqram da hazırlanır, düşünürəm ki, cari ildə biz onu istifadəyə verəcəyik. Lakin bu ilin sonuna qədər bunun proaktiv qaydada həyata keçirilməsi planlaşdırılır. Hər il bu hüquqdan istifadə edən 10-12 min vətəndaşımız var”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az