“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır

11:51 - 02 May 2024

“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır

“Beşiktaş” “Barselona”nın hücumçusu Robert Levandovskini almaq istəyir.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Hasan Arat fürsət yaransa, yaxın münasibətlərindən istifadə edəcəyini bildirib. 

Maddi cəhətdən çətin transfer kimi görünsə də, “Beşiktaş”ın bunun üzərində çalışacağı vurğulanıb.

Qeyd edək ki, klub rəsmisi Hasan Arat bundan öncəki Ernest Muçi transferində Polşa prezidenti Andrey Dudadan dəstək almışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az