logo
logo logo
logo

Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu

09:05 - 22 Oktyabr 2026

Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu

Ümummilli lider Heydər Əliyevin mətbuat katibi Qahirə Hüseynova yüksək vəzifəyə təyin olunub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs vəzifəsi Qahirə Hüseynovaya həvalə edilib.

Qeyd edək ki, Qahirə Hüseynova bundan əvvəl İctimai Televiziyanın Naxçıvan üzrə bölgə müxbiri kimi fəaliyyət göstərib. O, həmçinin ümummilli lider Heydər Əliyevin mətbuat katibi olub.

Q.Hüseynova Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktorudur. Həmçinin o, ölkə başçısının Sərəncamı ilə Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az