Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

13:25 - 02 May 2024

Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

3 may saat 00:00-dan səhər saat 06:00-dək Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 11-ci km-də (Buzovna qəsəbəsi ərazisində "Rahat" marketin qarşısı) yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

Manset.az xəbər verir ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az