Dünyada 600 milyon istifadəçisi olan "WhatsApp" daha bir yenilik edib.
Manset.az xəbər verir ki, bu barədə WABetaInfo saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, "WhatsApp" "Statuslar" funksiyasında əhəmiyyətli təkmilləşdirmə apararaq, video və səs yazıları üçün vaxt limitini 30 saniyədən 1 dəqiqəyə qədər artırıb.
Bu yenilikdən istifadə etmək üçün App Store və ya Google Play Store-dan "WhatsApp"ın ən son versiyası yeniləmək lazımdı. Yeniləndikdən sonra istifadə etmək alınmırsa, bir neçə gün və ya bir neçə həftə gözləmək lazımdır.
Jalə
Manşet.az