Bu yolda hərəkət qismən məhdudlaşdırılaraq - Sürücülərin nəzərinə!

10:18 - 30 May 2024

Bu yolda hərəkət qismən məhdudlaşdırılaraq - Sürücülərin nəzərinə!

31 may saat 08:00-dan etibarən Bakı şəhəri, Azadlıq prospektində (Cəfər Xəndan küçəsi ilə Mixail Kaveroçkin küçəsi arasında olan hissə) təmir işlərinə başlanılacaq.

 

Manset.az xəbər verir ki, təmir müddətində sözügedən hissədə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az