Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) təlim proqramı çərçivəsində əməkdaşlıq etdiyi şirkətlərin aylardır ödənişlərini vermir. Bu isə sahibkarların ciddi narazılığına çevrilib. İşlərini yekunlaşdıran 10-dan çox şirkət aylardır ki, ödənişlərini gözləyir.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə ödənişlərini ala bilməyən təlim mərkəzlərindən müraciət olunub.
Bildirdiklərinə görə göstərdikləri xidmət qarşılığında Agentlik onların ödənişlərini səbəbsiz yerə gecikdirir. İddialarına görə sözügedən ödənişlərlə bağlı sənədlər imzalanması üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyevadadır. O, isə məlum olmayan səbəbdən sənədi imzalamır.
Şikayətçi şirkətlərin iddiasına görə Agentlikdə kağızla bağlı bürokratik əngəllər yaradılır. Hansı ki, sənədləşmə Agentlik sədrinin masasının üzərində olsa da, hansısa səbəbdən təsdiqlənmir.
Məsələ ilə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə müraciət etdik. Agentlikdən Bizim.Media-nın sorğusuna isə belə cavab verilib:
“Ödənişlərlə bağlı heç bir bürokratik əngəllər yoxdur. Hazırda ödəniş prosesi üzrə işlər aktiv şəkildə davam edir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müvafiq şöbələri lazımi sənədləri və aktları yoxlayır. Bu yoxlama dəqiqliyi və uyğunluğu təmin etmək üçün nəzərdə tutulmuş standart maliyyə prosedurudur. Qeyd edildiyi kimi, bu prosesə təsir edən əlavə prosedurlar və ya əngəllər yoxdur”.
Kağızdan istifadə ilə bağlı məsələyə gəlincə Agentlikdən qeyd edilib ki, kağızdan istifadəni minimuma endirmək qurum üçün prioritet məsələdir:
“Davamlı olaraq daha çox rəqəmsal həlləri iş axınımıza inteqrasiya etməyə çalışırıq. Bununla belə, bəzi normativ tələblər və tənzimləmələr var ki, kağız sənədlərdən istifadəni və mərhələli addımları zəruri edir. Onu da qeyd edək ki, Technest yarandığı gündən etibarən (2021-ci il,oktyabr) 8 mindən çox şəxsi İKT üzrə təqaüdlü təlimlərə cəlb edib. Əmək bazarına uyğun olan məzunlarımızın 91%-i uğurla işlə təmin olunub. İKT sahəsində istedadların inkişaf etdirilməsi və işçi qüvvəsi ehtiyaclarının qarşılanması missiyası hər zaman bizim üçün prioritetdir. Mövcud proseslər missiyamıza mane olmaq yox, keyfiyyət göstəricilərinin artırılması məqsədilə həyata keçirilir. Biz iştirakçılarımıza yüksək keyfiyyətli təlim və karyera təmin etməyə çalışırıq”, - deyə Agentlikdən bildirilib.
Qeyd edək ki, İRİA təsis etdiyi Technest təqaüd proqramı çərçivəsində ölkədə rəqəmsal texnalogiyaları sahəsində mütəxəsislərin yetişdirilməsi üçün çoxlu sayda təlim mərkəzləriylə tərəfdaşlıq edir. Hansı ki, bu günə kimi bu təqaüd proqramıyla çoxlu sayda vətəndaşlarımız müasir peşə bacarıqlarına yiyələnərək ölkəmizin inkişafına öz töhfəsini vermək üçün çalışır.
Məlumat üçün onu da bildirək ki, yazı dərc olunan müddətə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən şikayətçi şirkətlərə ödəniş edilməyib.
İnarə Vəliyevanın rəhbərlik etdiyi Agentlik şirkətlərə borcunu niyə ödəmir? - Şikayətə rəsmi CAVAB
15:03 - 05 İyul 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
13 May 2026 - 13:09
Bu azərbaycanlının maaşı 1 milyon manatdır
13 May 2026 - 18:31
Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - Faktiki hava
13 May 2026 - 18:14
Hazırda 12 yolda tıxac var - SİYAHI
13 May 2026 - 10:55
Qarabağdan Çin və Avropaya - ADY dünyanı birləşdirir
12 May 2026 - 22:46
Rixard Raşi Azərbaycana gəldi - FOTOLAR
13 May 2026 - 12:57
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
12 May 2026 - 23:09
Bakının mərkəzində evdən qadın meyiti tapıldı
13 May 2026 - 01:30
Arıqlamaq üçün gündə neçə addım atmaq lazımdır?
13 May 2026 - 00:30
UEFA 2 klubu sərt cəzalandırdı
12 May 2026 - 23:45
Bakıda bu müntəzəm marşrutun avtobusları yenilənir
13 May 2026 - 12:40
Toy günü sağdışını öldürdü - 30 il həbs cəzası aldı
13 May 2026 - 18:58
Səidə Bəkirqızı qəzaya düşdü - FOTO/VİDEO
Xəbər xətti
- 13 May 2026
- 22:18 Gümüşün qiyməti artdı
- 22:00 "Sabah" Azərbaycan Kubokunun qalibi oldu - YENİLƏNİB
- 21:53 ABŞ Hörmüzdən 15 gəminin keçməsinə icazə verib
- 21:35 "İranda beynəlxalq internet bərpa olunacaq"
- 21:07 Üztanıma ilə ödəniş tətbiq olunacaq - İctimai nəqliyyatda ilk
- 20:50 WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq
- 20:33 Bakıda 28 marşrutun hərəkət sxemi DƏYİŞDİRİLİR
- 20:14 Bu yol 2 gün bağlı olacaq - Sürücülərin NƏZƏRİNƏ
- 19:57 Ombudsman Slovakiya Milli Şurasının üzvlərini qəbul etdi - FOTO
- 19:43 Şuşa və Gədəbəyə dolu düşüb - Faktiki hava
- 19:29 Gəncədə yaşayış binasında YANĞIN - FOTOLAR
- 19:12 "Minsk qrupu tarixdə riyakarlığın və neokolonial düşüncənin simvolu kimi qalacaq"
- 18:58 Səidə Bəkirqızı qəzaya düşdü - FOTO/VİDEO
- 18:45 Beynəlxalq axtarışda olan Hindistan vətəndaşı təhvil verildi
- 18:31 Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - Faktiki hava
- 18:14 Hazırda 12 yolda tıxac var - SİYAHI
- 17:56 Ölkədə banklarla bağlı yeni QƏRAR
- 17:42 “PAŞA Holding”lə “LEGİS” layihəsi üzrə əməkdaşlığa dair Memorandum imzalandı - FOTOLAR
- 17:29 İngiltərədə hantavirus həyəcanı - 10 nəfər karantinə alınacaq
- 17:25 "İlham Əliyevin Zəngilandakı çıxışı mühüm mesajlarla zəngin idi" – Deputat
- 17:07 Prezidentdən yeni FƏRMAN
- 16:56 Elçin Əfəndiyevin məzarı ziyarət olundu - FOTOLAR
- 16:50 Dövlət Statistika Komitəsində yeni təyinat - FOTO
- 16:35 ADY-də "Şəhərsalma və Memarlıq İli"nə həsr edilmiş iməcilik keçirildi - FOTOLAR
- 16:23 Azərbaycanda küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
- 16:15 Adil Kərimli ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir - FOTOLAR
- 16:08 Yunanıstanda məmurlar 24 saatlıq aksiyalara başladı
- 15:53 Dünya növbəti virusla çalxalanır - 1700 nəfər karantinə götürüldü
- 15:41 "Hər cür hücuma cavab verməyə hazırıq" - Qalibaf
- 15:30 “Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi
- 15:30 Sabah Azərbaycanın bu ərazilərində qaz olmayacaq
- 15:16 Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb - FOTOLAR
- 15:08 ADY bayram günlərində əlavə qatar reysləri təyin etdi
- 15:06 Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi
- 14:55 Bu tarixdən WUF13 akkreditasiya kartlarının verilməsinə başlanılacaq
- 14:40 Növbəti köç karvanı Zəngilan şəhərinə çatdı
- 14:27 Türkiyəli məşhur yutuberin hantavirus testinin cavabı çıxdı - Yoluxub?
- 14:11 Onlar TƏBİB-də yeni vəzifəyə təyin olundu
- 13:49 ABŞ-də hərbi təyyarə qəzaya düşdü
- 13:48 Endokrinologiya Mərkəzində YENİ TƏYİNAT
- 13:46 “Screen International” jurnalının üz qabığı Azərbaycana həsr olundu
- 13:43 Tanınmış həkim yüksək vəzifəyə təyin edildi
- 13:30 Jason Collins vəfat etdi
- 13:21 “Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda müzakirə keçirildi
- 13:10 "Bundan 100 faiz əminəm" - Trampdan İranla bağlı AÇIQLAMA
- 13:09 Bu azərbaycanlının maaşı 1 milyon manatdır
- 13:05 ABŞ Xarici işlər nazirinin geyimi gündəm oldu - FOTO
- 12:59 Sabah hava necə olacaq?
- 12:57 Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
- 12:51 ABŞ İranla müharibəyə 29 milyard xərclədi
- 12:45 Trampdan mübahisə doğuracaq paylaşım