Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) təlim proqramı çərçivəsində əməkdaşlıq etdiyi şirkətlərin aylardır ödənişlərini vermir. Bu isə sahibkarların ciddi narazılığına çevrilib. İşlərini yekunlaşdıran 10-dan çox şirkət aylardır ki, ödənişlərini gözləyir.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə ödənişlərini ala bilməyən təlim mərkəzlərindən müraciət olunub.
Bildirdiklərinə görə göstərdikləri xidmət qarşılığında Agentlik onların ödənişlərini səbəbsiz yerə gecikdirir. İddialarına görə sözügedən ödənişlərlə bağlı sənədlər imzalanması üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyevadadır. O, isə məlum olmayan səbəbdən sənədi imzalamır.
Şikayətçi şirkətlərin iddiasına görə Agentlikdə kağızla bağlı bürokratik əngəllər yaradılır. Hansı ki, sənədləşmə Agentlik sədrinin masasının üzərində olsa da, hansısa səbəbdən təsdiqlənmir.
Məsələ ilə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə müraciət etdik. Agentlikdən Bizim.Media-nın sorğusuna isə belə cavab verilib:
“Ödənişlərlə bağlı heç bir bürokratik əngəllər yoxdur. Hazırda ödəniş prosesi üzrə işlər aktiv şəkildə davam edir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müvafiq şöbələri lazımi sənədləri və aktları yoxlayır. Bu yoxlama dəqiqliyi və uyğunluğu təmin etmək üçün nəzərdə tutulmuş standart maliyyə prosedurudur. Qeyd edildiyi kimi, bu prosesə təsir edən əlavə prosedurlar və ya əngəllər yoxdur”.
Kağızdan istifadə ilə bağlı məsələyə gəlincə Agentlikdən qeyd edilib ki, kağızdan istifadəni minimuma endirmək qurum üçün prioritet məsələdir:
“Davamlı olaraq daha çox rəqəmsal həlləri iş axınımıza inteqrasiya etməyə çalışırıq. Bununla belə, bəzi normativ tələblər və tənzimləmələr var ki, kağız sənədlərdən istifadəni və mərhələli addımları zəruri edir. Onu da qeyd edək ki, Technest yarandığı gündən etibarən (2021-ci il,oktyabr) 8 mindən çox şəxsi İKT üzrə təqaüdlü təlimlərə cəlb edib. Əmək bazarına uyğun olan məzunlarımızın 91%-i uğurla işlə təmin olunub. İKT sahəsində istedadların inkişaf etdirilməsi və işçi qüvvəsi ehtiyaclarının qarşılanması missiyası hər zaman bizim üçün prioritetdir. Mövcud proseslər missiyamıza mane olmaq yox, keyfiyyət göstəricilərinin artırılması məqsədilə həyata keçirilir. Biz iştirakçılarımıza yüksək keyfiyyətli təlim və karyera təmin etməyə çalışırıq”, - deyə Agentlikdən bildirilib.
Qeyd edək ki, İRİA təsis etdiyi Technest təqaüd proqramı çərçivəsində ölkədə rəqəmsal texnalogiyaları sahəsində mütəxəsislərin yetişdirilməsi üçün çoxlu sayda təlim mərkəzləriylə tərəfdaşlıq edir. Hansı ki, bu günə kimi bu təqaüd proqramıyla çoxlu sayda vətəndaşlarımız müasir peşə bacarıqlarına yiyələnərək ölkəmizin inkişafına öz töhfəsini vermək üçün çalışır.
Məlumat üçün onu da bildirək ki, yazı dərc olunan müddətə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən şikayətçi şirkətlərə ödəniş edilməyib.
İnarə Vəliyevanın rəhbərlik etdiyi Agentlik şirkətlərə borcunu niyə ödəmir? - Şikayətə rəsmi CAVAB
15:03 - 05 İyul 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
22 Avqust 2026 - 13:58
Qədim Şirvan xalçası müasir dəbdə: Arifə Əliyevadan yeni kolleksiya - FOTO
22 Avqust 2026 - 19:58
Axtarışda olan 107 nəfər saxlanıldı
22 Avqust 2026 - 15:06
Nurani bu nazirlə sinif yoldaşı olub - FOTO
22 Avqust 2026 - 23:09
Goranboyda ağır qəza - Ölənlər var
22 Avqust 2026 - 23:39
Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - VİDEO
22 Avqust 2026 - 22:00
Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
22 Avqust 2026 - 21:03
Hacı Kərimov finalda
22 Avqust 2026 - 22:21
Yaponiyada güclü zəlzələ oldu - VİDEO
22 Avqust 2026 - 22:48
"Zirə" "İmişli"ni məğlub etdi
23 Avqust 2026 - 01:00
Minik avtomobili motosikletlə toqquşdu - Ölən var
"ABŞ-ın Tehrana təzyiqləri əks nəticə verəcək"
23 Avqust 2026 - 00:30
“Brentford”dan “Tottenhem” üzərində inamlı qələbə
Xəbər xətti
- 23 Avqust 2026
- 13:11 Gəncədə evdən qadın meyiti tapıldı
- 13:06 Prezident İlham Əliyev Özbəkistana dövlət səfərindədir
- 12:49 Həftənin ilk günü hava necə olacaq?
- 12:30 İlham Əliyevin təyyarəsi Daşkəndə çatdı - VİDEO
- 12:16 İran həmin region ölkələrini hədələdi
- 12:00 Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçirilir
- 11:35 Xəzərdə qaldırıcı qurğu aşdı - İşçi öldü
- 11:24 Ombudsman Özbəkistanda səfərdə oldu - FOTOLAR
- 11:10 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək
- 10:46 Qazaxda maşınlar toqquşdu - 2 ölü
- 10:34 “Azərbaycan-Özbəkistan əlaqələri strateji xarakter daşıyır” - Kamaləddin Qafarov
- 10:25 Göyçayda AĞIR QƏZA - Xəsarət alanlar var
- 10:06 Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
- 09:50 7 yaşlı oğlunu 2000 metr yüksəklikdə tək qoydu
- 09:33 Partlayış nəticəsində 15 nəfər xəsarət aldı
- 09:15 Gədəbəydə Niva aşdı - Sürücü ağır xəsarət aldı
- 09:00 Antalya Belek Universitetinə böyük tələbat
- 08:22 Alimentə görə oğlunu öldürmək istədi - ChatGPT ilə plan qurdu
- 08:00 Putin Ukrayna ilə sülh üçün şərtini açıqladı
- 01:00 Minik avtomobili motosikletlə toqquşdu - Ölən var
- 00:30 “Brentford”dan “Tottenhem” üzərində inamlı qələbə
- 22 Avqust 2026
- 23:59 "ABŞ-ın Tehrana təzyiqləri əks nəticə verəcək"
- 23:39 Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - VİDEO
- 23:09 Goranboyda ağır qəza - Ölənlər var
- 22:48 "Zirə" "İmişli"ni məğlub etdi
- 22:38 "Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub" - Eldar Əzizov
- 22:21 Yaponiyada güclü zəlzələ oldu - VİDEO
- 22:00 Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
- 21:24 Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirildi
- 21:03 Hacı Kərimov finalda
- 20:45 Qadın sahibkar üçün sərhəd bağlandı – 100 min manatdan çox borc
- 20:21 “Fənərbağça”nın ulduzu transfer xəbərlərini yalanladı
- 19:58 Axtarışda olan 107 nəfər saxlanıldı
- 19:34 Energetiklərin yarışının növbəti turu keçirildi - FOTOLAR
- 19:13 "Sülh cəmiyyətlərin ortaq düşüncəsinə çevrilməlidir" - Araz Əsgərli
- 18:56 Ukraynanın Nikolayev şəhərində partlayış oldu
- 18:47 Acunun klubu “Mançester Yunayted”ə qalib gəldi
- 18:33 Özbəkistanla Azərbaycan arasında sənədlər imzalandı - FOTO
- 18:16 İnternat yataqxanasında YANĞIN - Ana və oğlu tüstüdən zəhərləndi
- 18:00 Məişət əşyaları və moped oğurlayan şəxslər saxlanıldılar
- 17:46 Bakıda futbolçu öldü - FOTO
- 17:29 Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı Səfirlikdən AÇIQLAMA
- 17:16 Türkiyədə helikopter qəzaya uğradı
- 16:59 Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı
- 16:43 “Liverpul” futbolçusunu icarəyə verdi
- 16:24 Bakıda avtobus piyadanı vurub öldürdü
- 16:11 Dənizdə boğulduğu iddia edilirdi - Ölkəni tərk etdiyi məlum oldu
- 15:48 Rusiya Zaporojyeyə 7 zərbə endirdi - Ölənlər var
- 15:23 Şükufə Yusupovanın xəsarət aldığı qəzanın TƏFƏRRÜATI
- 15:06 Nurani bu nazirlə sinif yoldaşı olub - FOTO
- 14:51 Neftimizin yeni QİYMƏTİ