Qod Nisanovla İlham Rəhimovun şirkətləri yoxlanılır? - AÇIQLAMA

13:31 - 13 Fevral 2025

Qod Nisanovla İlham Rəhimovun şirkətləri yoxlanılır? - AÇIQLAMA

“Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə qarşı cavab tədbiri olaraq azərbaycanlılara məxsus bazarların bağlanması barədə xəbərlər həqiqəti əks etdirmir”​.

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə azərbaycanlı iş adamı, professor İlham Rəhimov açıqlamasında bildirib.

İ.Rəhimovun sözlərinə görə, yayılan məlumatlar tamamilə əsassızdır və reallıqla uzlaşmır.

“Bu barədə yayılan xəbərlər, o cümlədən Qod Nisanova, mənə məxsus olan logistika və Ticarət Mərkəzlərində hər hansı yoxlamaların aparılması, yaxud qisas tədbirlərinin həyata keçirilməsi kökündən yanlış məlumatlardır. Bunu ya bilməyərəkdən, ya da bilərəkdən yayırlar”, - deyə iş adamı əlavə edib.

Qeyd edək ki, son günlərdə bəzi media orqanlarında, o cümlədən də Rusiyanın saytlarında Moskvanın Azərbaycanla münasibətlərdə gərginliyi artırdığı və bu çərçivədə azərbaycanlı iş adamlarına məxsus logistika və Ticarət Mərkəzlərinin fəaliyyətinə maneələr yaratdığı ilə bağlı məlumatlar yayılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az