Qəzadan 2 gün sonra nişanı olacaqdı...

14:49 - 01 Dekabr 2021

Qəzadan 2 gün sonra nişanı olacaqdı...

Ötən gün Xızıda helikopter qəzasında şəhid olan tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun dekabrın 2-də nişan mərasimi keçirilməli imiş

 

Manset.az xəbər verir ki, bu  barədə məlumatı şəhidin dayısı "Qafqazinfo"ya təsdiqləyib. Onun sözlərinə görə, hərbçimiz bir müddətdir ki, nişanlı imiş. 

 

Qeyd edək ki, C. Əhmədxanov 1988-ci il oktyabrın 18-də anadan olub. O, əslən şəkili olsa da, Bakıda yaşayıb. Dostları onun sadə və səmimi, gülərüz biri kimi xatırlayırlar. 

Bildirək ki, ötən gün C. Əhmədxanov məlum qəzadan 13 dəqiqə əvvəl paylaşdığı foto ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az