Xəzər dənizində suiti cəsədləri aşkarlandı - VİDEO

20:43 - 17 Fevral 2026

Xəzər dənizində suiti cəsədləri aşkarlandı - VİDEO

Xəzərin sahilində suiti cəsədləri aşkarlanıb.


Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Xəzər dənizinin Azərbaycan sahillərində, Bilgəh qəsəbəsi yaxınlığında suitilərin ölümünə rast gəlinib.

Mütəxəssislər bildirirlər ki, Xəzər dənizində ekosistemin müxtəlif səbəblərdən korlanması suitilərin tələfatına səbəb olur.

Coğrafiya üzrə fəlsəfə doktoru Səidə Zeynalova bildirib ki, fəsil dəyişmələri ilə müşayiət olunan miqrasiya proseslərinin izlənilməsi və illik elmi-praktiki müşahidələrin nəticələrinə görə, suitilərin Xəzər dənizində antropogen və təbii təsirlərdən nisbi azalması qeydə alınır.

Balıqçılıq və Akvakultura Mərkəzindən isə "Xəzər Xəbər"ə bildirilib ki, məsələ ilə bağlı zəruri tədbirlər görülür. Əməkdaşlar əraziyə cəlb edilib və nümunələrin götürülməsi həyata keçirilir. Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. 






Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az