Sabah ilin sonuncu Günəş tutulması hadisəsi baş verəcək

16:01 - 03 Dekabr 2021

Sabah ilin sonuncu Günəş tutulması hadisəsi baş verəcək

Dekabrın 4-də (sabah) cari ilin son Günəş tutulması olacaq.

Manset.az xəbər verir ki, bu barədə  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib

Günəş tutulması hadisəsi saat 09:29:16-da başlayacaq və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.

Tam tutulma Antarktidada müşahidə olunacaq. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə ediləcək.

Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az