Lerik rayonunun Bürsülüm kənd sakinləri yol problemindən əziyyət çəkirlər.
Manset.az Baku Tv-yə istinadən xəbər verir ki, kənddə şəraitsizlik səbəbindən sakinlər evlərini tərk edirlər.
"Yol pis vəziyyətdədir, ərzaq daşıya bilmirik. Qışda maşın ümumiyyətlə kəndə girə bilmir. Yol, qaz probleminə görə hamı buradan gedir", - sakinlər söyləyiblər.
Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətindən bildirilib ki, kəndin vəziyyətindən xəbərdardırlar və oraya yolun çəkilməsi üçün Dövlət Proqramı da var. Lakin yolun çəkilməsi 2027-ci ildə nəzərdə tutulub.
Daha ətraflı süjetdə: