Macarıstandakı Pannonhalma Abbot Kilsəsi, min illik kitabxanası ciddi bir təhlükə ilə üz-üzədir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, fallik böcəyi (çörək böcəyi), əlyazma və qədim kitabları zədələyərək mədəni irsi təhdid edir. Kitablar, böcəklərdən qorunmaq üçün plastik torbalara qoyulub və oksigensiz mühitdə 6 həftə saxlanacaq.
Kitabxanada 100.000 cild qədim əsər var, bunların arasında 13-cü əsrə aid İncil və 16-cı əsrə aid on minlərlə kitab yer alır.
Pannonhalma Abbot Kilsəsi, həm Macarıstanın, həm də Mərkəzi Avropanın mədəniyyət mərkəzlərindən biridir və UNESCO Dünya İrs Siyahısına daxildir.