Havalar isindikcə günəş kremi və digər kosmetik məhsulların satışında ciddi artım müşahidə olunur. Lakin bu artan tələblə saxta və imitasiya məhsulların bazarda geniş yayılma riski də var. Mütəxəssislər bildirirlər ki, kosmetik məhsullardan təhlükəsiz və sağlam istifadə yalnız düzgün və orijinal məhsul seçməklə mümkündür.
Manset.az xarici KİV-ə istinadla bildirir ki, günəş şüaları dərimizə zərər verə bilən UV şüaları ehtiva edir və bu şüalar erkən yaşlanma, dəri xərçəngi kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Buna görə də, günəşdən qoruyucu kremləri düzgün seçmək və ondan müntəzəm istifadə dəri sağlamlığını üçün çox vacibdir.
Bəs, Saxta günəş kremlərini necə müəyyən edək?
Orijinal günəş kremlərinin qabları ümumiyyətlə keyfiyyətli materialdan hazırlanır və düzgün şəkildə möhürlənir. Paketdəki yazılış səhvləri, solğun rənglər və ya qeyri-müəyyən yazılar saxta məhsul işarəsi ola bilər.
Orijinal məhsullarda məhsul kodları və son istifadə tarixləri adətən aydın və oxunaqlı şəkildə göstərilir. Saxta məhsullarda bu məlumatlar belə qeyd edilmir və ya səhv olur.
Orijinal günəş kremlərinin xüsusi bir qoxusu olur. Məhsulun gözlənilməyən bir qoxusu və ya forması varsa, bu, saxta ola biləcəyini göstərə bilər.
Yeganə