Kubokun final matçının biletləri satışa çıxarıldı

17:55 - 15 May 2025

Kubokun final matçının biletləri satışa çıxarıldı

Futbol üzrə Azərbaycan Kubokunda final oyununun biletləri satışa çıxarılıb.


Manset.az xəbər verir ki, 31 mayda, saat 19:00-da başlayacaq “Qarabağ” – “Sabah” qarşılaşmasının biletlərini bu gündən etibarən “iticket.az” saytından, eləcə də Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayı, Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül pr. Nizami küç, Bakı), 1 saylı “ASAN xidmət”, 2 saylı “ASAN xidmət”, 3 saylı “ASAN xidmət”, 4 saylı “ASAN xidmət” və 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkün olacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun kassalarında isə bilet satışı oyun günü həyata keçiriləcək. Biletlərin qiymətləri yerlərdən asılı olaraq 3, 5, 10, 15, 20, 30 və 50 (“VIP Lounge”) manatdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv