“Əsas odur ki, məni söyməyib” – Manafdan Əminəyə maraqlı reaksiya (VİDEO)

12:06 - 25 May 2025

“Əsas odur ki, məni söyməyib” – Manafdan Əminəyə maraqlı reaksiya (VİDEO)

Xəbər verdiyimiz kimi “Gün ortası” verilişində müğənni Əminə Şirin Manaf Ağayevə 3 aylıq musiqi təhsili vermək istəyini də dilə gətirib. Manaf Ağayev haqda “krassavçik” kişidir, onu 3 aylıq mənə versələr, musiqi tərzini dəyişərdim - deyə xanım həmkarı bildirib. 


Məsələ ilə bağlı Manset.az müğənni Manaf Ağayevlə əlaqə saxlayıb. O, verilişdə deyilənlərlə bağlı qısa danışıb: 

"Əminə Şirin çox gəşəng çıxış edib. Çox sağ olsun pis söz deməyib. Deyib ki, gözəl oğlandır, gözəl kişidir. Mən onun tərzini dəyişdirərəm, daha gözəl edərəm. Əsas odur ki, məni söyməyib. Sağ olsun!"

Manaf Ağayev sonda bildirib ki, onun Avroviziya musiqi yarışmaşında iştirak etmək fikri yoxdur: 

"Mənim heç Bakıdan kənara çıxmağa fikrim yoxdur".




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv