Azər Zahid ev dustaqlığına buraxıldı

14:52 - 01 İyul 2025

Azər Zahid ev dustaqlığına buraxıldı

"Həbsdə olan aparıcı Azər Zahid ev dustaqlığına buraxılıb".


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Yusif Seyfəlov məlumat verib.

Vəkil bildirib ki, Nərimanov Rayon Məhkəməsində Azər Zahidin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib və A.Zahid məhkəmə zalından ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Azər Zahid ötən ilin dekabrında saxlanılıb. Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülmüşdü.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az