Cənubi Koreyada iyun ayında 1904-cü ildən bəri ən yüksək orta gündəlik temperatur ölçülüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə Daequda 30,7 dərəcə Selsi ilə rekord yenilənib, Seulda isə iyun ayı üçün beşinci ən isti gün qeydə alınıb.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, ölkədə iyun ayı 1898-ci ildən bəri ən isti ay olub və orta temperatur normadan 2,3 dərəcə yüksək olub. Temperatur artımı Sakit okeanda yüksək təzyiq sistemi və qərb küləkləri ilə əlaqələndirilir.
Yaponiyada iyulun ilk yarısında temperatur 35 dərəcəni keçə bilər. Vətəndaşlara istilərə qarşı diqqətli olmaları xəbərdarlığı edilib.
Qeyd edək ki, 2024-cü ilin iyulunda Tokioda 120-dən çox insan istilik səbəbindən dünyasını dəyişib.