Azərbaycanda bloger həbs edildi - FOTO

16:32 - 17 Avqust 2025

Azərbaycanda bloger həbs edildi - FOTO

Ağdam rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən İlhami Nəsibov polis əməkdaşları tərəfindən tutulub.


Manset.az xəbər verir ki, özünü sosial şəbəkələrdəki “Kanal-21” səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.

Müvafiq qərarla İ.Nəsibov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

İ.Nəsibovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az