Mahir qol vurdu - Komandası növbəti mərhələyə yüksəldi

22:12 - 17 Avqust 2025

Mahir qol vurdu - Komandası növbəti mərhələyə yüksəldi

Futbol üzrə Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın “Kayzerslautern” komandasının heyətində rəsmi matçlarda ilk qolunu vurub.


Manset.az xəbər verir ki, hücumçu ölkə kubokunun "Ayntraxt 1949"la keçirilən 1/32 final mərhələsinin oyununda fərqlənib.

O, 15-ci dəqiqədə rəqibi cəzalandırıb.

Görüş “Kayzerslautern”in 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da komanda adını növbəti raunda yazdırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az