Astarada 66 yaşlı kişi qətlə yetirildi

20:54 - 17 Avqust 2025

Astarada 66 yaşlı kişi qətlə yetirildi

Astarada 66 yaşlı kişi kəsici alətlə qətlə yetirilib.


Manset.az xəbər verir ki, hadisə rayonun Suparibağ kəndində qeydə alınıb.

Belə ki, avqustun 17-si axşam saatlarında Astara rayonunun Suparibağ kəndinin ərazisində 1959-cu il təvəllüdlü Məmmədov İsgəndər Şıxəli oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliyev Vüsal Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az