Milli Məclisdən jurnalistlərin telefon qadağası haqda AÇIQLAMA

13:53 - 24 Oktyabr 2025

Milli Məclisdən jurnalistlərin telefon qadağası haqda AÇIQLAMA

"Milli Məclisə daxil olarkən jurnalistlərdən telefonların alınması Milli Məclisin yox, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qərarıdır". 


Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Mehman Qayıbov Əməkdar jurnalist Mahir Məmmədlinin Milli Məclisin binasına daxil olarkən jurnalistlərə telefonla bağlı qoyulan qadağa haqqında danışarkən deyib.  Mehman Qayıbov deyib ki, Milli Məclisdə jurnalistlərin fəaiiyyəti üçün hər bir şərait yaradılıb: "Milli Məclisdə jurnalistlər üçün hər bir şərait yaradılıb. Onlar üçün telefon, faks, televizor da quraşdırılıb. Onların notbuk və telefonla Milli Məclisə daxil olmasına icazə verilmir. Amma Milli Məclisə daxil olarkən nələrin içəri keçirilməsinə icazə verilməsi Milli Məclisin qərarı deyil. Milli Məclis qorunan binadır. Buna da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzarət edir. Bu gun onlar bu qaydanın belə olmasını istəyir". 

Gələcəkdə jurnalistlərin Milli Məclisə daxil olarkən apara biləcəyi avadanlıqların siyahısı ilə bağlı dəyişikliyin ola bilməsi ilə bağlı suala isə o belə cavab verib: "Dəyişməyən heç nə yoxdur. Gələcəkdə başqa qərar qəbul oluna bilər. Bu gələcəyin işidir. Bu gün isə qayda belədir".




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az