"Qadınlarda siqaret çəkmək ağciyər xərçəngi riskini 1,2–1,7 dəfə artırır.
Manset.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə onkoloq Andrey Nefedov danışıb.
Həkimin sözlərinə görə, ağciyər xərçənginin yaranmasına səbəb olan üç əsas amil var. Birinci amil siqaret çəkməkdir. Xüsusilə qadınlarda bu risk daha yüksəkdir, çünki siqaret onların DNT-sinə və hüceyrə quruluşuna daha çox zərər vurur. Nəticədə qadın siqaret çəkənlərdə ağciyər xərçəngi riski kişilərlə müqayisədə 1,2–1,7 dəfə artıq olur.
Onkoloq əlavə edib ki, xroniki obstruktiv ağciyər xəstəliyi ağciyər xərçəngi riskini 4 dəfə, interstisial ağciyər xəstəlikləri isə 3,5–7,5 dəfə artırır.
Bundan başqa, keçirilmiş vərəm də ağciyər xərçəngi ehtimalını iki dəfədən çox yüksəldir.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            