8
Noyabr – Zəfər Günü xalqımızın şərəf və qürur günüdür. Bu gün Vətənimizin
bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və sağlamlığını itirən qazilərimizin
əvəzolunmaz qəhrəmanlığını bir daha xatırladır. Zəfər Günü münasibətilə Qırmızı
Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə “Zəfər Payı” adlı
xeyriyyə aksiyasına start verir.
Aksiya
31 oktyabr – 8 noyabr 2025-ci il tarixlərində həyata keçiriləcək. Fond bütün vətəndaşları
və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir. “Zəfər Payı” aksiyasına ianə
etmək üçün redhearts.az veb-saytında “İanə et” bölməsindən, Birbank mobil tətbiqi
vasitəsilə və ya vizualda təqdim olunan QR kodu skan edərək dəstək olmaq
mümkündür.
Qeyd
edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir
qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə
dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası,
təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi
yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək
sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına
daxil ola bilərsiniz.