Azərbaycanın məşhur Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

18:14 - 31 Oktyabr 2025

Azərbaycanın məşhur Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə xalq artistinin oğlu məlumat verib.

    O deyib ki, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.

    "Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var", - o qeyd edib.

    Xəstəxanadan bildirilib ki, 84 yaşlı Elmira Rəhimovaya Mərkəzin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq, müvafiq müalicə üsulu təyin edilib: "Mərkəzimizin peşakar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq".


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az