Vüqar Məmmədov həbs edildi

18:51 - 31 Oktyabr 2025

Vüqar Məmmədov həbs edildi

“Hurriyyet TV”də keçirilən əməliyyatla saxlanılan saytın rəhbəri Vüqar Məmmədov həbs edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi belə qərar çıxarıb.

Hakim Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatətini əsaslı hesab edib. V.Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən gün DTX “Hurriyyet TV”-də əməliyyat keçirib. Ofisdə axtarış zamanı iş üçün əhəmiyyətli kompüter və bəzi sənədlər götürülüb. Vüqar Məmmədovun Ramiz Mehdiyevin cinayət işi ilə bağlı tutulduğu ehtimal edilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az