"Günə Bax" verilişinin adından istifadə edilərək müğənnilərin aldadılması halları baş verib.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, verilişin aparıcısı İlqar Mikayıloğlunun sözlərinə görə, verilişlə əlaqəsi olmayan, daha əvvəl proqramda çalışmış keçmiş əməkdaş, Ruslan adlı şəxsin adından istifadə edən kimsə, müğənnilərlə əlaqə saxlayaraq onları efirə çıxarmaq vədilə pul alıb.
Aldadılan müğənniyə ayın 4-ü üçün efirə çıxış və anons adı ilə 100 manat qarşılığında söz verilib. Lakin vəziyyətdən şübhələnən sənətçi əlaqəni kəsib və ARB TV ilə əlaqə saxlayaraq baş verənləri çatdırıb, bütün yazışmaları təqdim edib.
Ətraflı videoda: