Hamının istifadə etdiyi məşhur iynə görün hansı XƏSTƏLİYİ YARADIRMIŞ

12:15 - 02 Noyabr 2025

Hamının istifadə etdiyi məşhur iynə görün hansı XƏSTƏLİYİ YARADIRMIŞ

Rusiya Elmlər Akademiyasının Puşinsk Elmi Mərkəzinin alimləri diqqət çəkən araşdırma aparıblar. Elm adamları hipoqlikemik (qan şəkərini salan) dərmanların Alzeymer xəstəliyinin inkişafına kömək edən beta-amiloid peptidlərin aktivliyinə təsir göstərə biləcəyini aşkar ediblər.


Manset.az xəbər verir ki, bu barədə "Gazeta"ya Rusiya Təhsil və Elm Nazirliyindən bildirilib. Qeyd edilib ki, xüsusilə, semaqlutid ("Ozempic" və onun analoqlarının əsas tərkibi) xəstəliyin inkişaf riskini artırır.

Qeyd edilib ki, diabet xəstələrində Alzeymer xəstəliyinə tutulma riski 65% artır. Bu, əsasən xəstənin beynində qlükoza metabolizmasının pozulması ilə əlaqəli ola bilər: "Digər tərəfdən bu, antidiabetik dərmanların Alzeymer xəstəliyinin patogenezində iştirak edən amiloid peptidlərin və müxtəlif tau-zülal formalarının metabolizmasına və funksional aktivliyinə təsiri ilə bağlıdır".

Rus alimləri ilk dəfə olaraq qlükaqon kimi peptid-1 analoqlarının (semaglutid, ekzenatid və liraglutid) beta-amiloid peptidlərinin monomer formaları ilə əlaqəsinin ola biləcəyini nümayiş etdiriblər ki, bu da ümumilikdə Alzeymer xəstəliyinin inkişafına birbaşa kömək edir. Amiloid peptidləri toksik formalar əmələ gətirir və beyin toxumasında amiloid çöküntüləri şəklində toplanır.

Qeyd edək ki, "Ozempic"dən təkcə şəkər xəstələri deyil, ümumilikdə arıqlamaq istəyənlər də aktiv şəkildə istifadə edirlər.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az