Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı qətimkan tədbirindən sonra ötən gün onun köməkçisi funkisyası yerinə yetirən Eldar Əmirov da həbs edildi.
Manset.az belə vəziyyətdə Ramiz Mehdiyevin sağ əli və kürəkəni olan İlham Əliyevin həbs olunacağını ehtimal edir.
Nəzərə alsaq ki, İlham Əliyev Mehdiyevin bütün işlərindən - həyata keçirdiyi qanunsuzluqlardan, qeyri-leqal biznes əməliyyatlarından, hətta dövlət çevrilişinə cəhdlə bağlı iddialardan, yəqin ki, xəbərdar olub.
Belə olan hallarda proseslər irəliləyən vaxtlarda Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevi həbsə aparır. Hərçənd ki, İlham Əliyev portalımıza bir neçə dəfə açıqlama verərək gah Ramiz Mehdiyevi sadəcə “Ramiz” deyə adlandırıb, gah da verilən suallara “Bu barədə məlumatım yoxdur” deyərək canını qurtarmış hesab edib. Elə dünən Eldar Əmirovun həbsindən sonra portalımız onunla əlaqə saxlayıb və ona "Əmirovdan sonra sizin də həbs olunma ehtimalınız varmı?" sualı ünvanlanıb. Verilən sual yenə də cavabsız qalıb.
Bütün bu proseslər fonunda Azərbaycanda bir çox sahibkarlar, böyük bazar rəhbərləri, hektarlarla torpaq sahələrinin sahibləri, o cümlədən aqrar sahə və kənd təsərrüfatı ilə məşğul olan biznes insanları sabiq deputat İlham Əliyevin qanunsuz fəaliyyəti barədə mediayaya açıqlamalar veriblər. Həmin şikayətlərlə bağlı kürəkən İlham Əliyeva verilən suallara cavab verməməsi və ya suallardan yayınması onun sanki bu prosesləri həyat keçirdiyi, onun qarşısında susduğu ehtimalını yaradır.
Maraqlıdır, sabiq deputat yuxarıda qeyd edilən qanunsuzluqlarla məşğul olmayıbsa, nə üçün bu barədə ona ünvanlanan suallara cavab vermir? Bu kimi hallarda Ramiz Mehdiyevlə birgə fəaliyyət göstərməyibsə, nə üçün Ramiz Mehdiyevlə bağlı ona ünvanlanan sualları cavabsız qoyur? Əlbəttə, bir həqiqət də var ki, Ramiz Mehdiyevin bu qədər biznes imperiyasını idarə edən kürəkən ağılsız ola bilməz. Belə olan halda çoxlu suallar yaranır. Suallar isə cavabsız...
Manşet.az