Ölkənin ilk rəqəmsal bankı Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə ölkənin ictimai nəqliyyat sistemində yeni dövrün başlanğıcı hesab ediləcək layihə reallaşdırılıb. Belə ki BakıKart-la birgə həyata keçirilən layihə çərçivəsində artıq vətəndaşlar Bakı Metropolitenində gediş haqqını istənilən banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə bilərlər.
Bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün
bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş
imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”, “Google Pay” ödəniş sistemləri
ilə yanaşı, “Birbank”, “BakıKart” və “m10” ödənişlərini dəstəkləməyə davam
edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir.
Qeyd edək ki, rəqəmsal ödənişləri və ictimai nəqliyyatdan
nağdsız istifadəni dəstəkləyən təmassız (NFC) ödəniş sisteminin il sonunadək
marşrut avtobuslarında da tətbiqi nəzərdə tutulub.
Xatırladaq ki, Birbank və BakıKart-ın birgə əməkdaşlığı
ilə daha öncə də ictimai nəqliyyatda vətəndaşlar üçün QR ödəniş imkanı
yaradılıb. Sistemin tətbiqi nəticəsində Birbank mobil tətbiqində yaradılan QR
bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan
istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə
bilirlər.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları
təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 118 filial və 53 şöbədən ibarət Azərbaycanda ən
böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin
birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA
Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini
davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün https://birbank.az/ saytına, 196 Əlaqə Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.