Bu il Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri – Zəfər Gününün 5 illiyi qeyd olunur.
Bu münasibətlə Unibank KB ASC
Zəfəri bizə yaşadan qəhrəmanlara dərin ehtiramını bildirərək, “YAŞAT” Fondunun keçirdiyi marafona 100 000 manat ianə edib.
Unibank üçün şəhid və qazi ailələrinə dəstək, Bankın korporativ sosial məsuliyyət siyasətinin əsas
istiqamətlərindən biridir. Bank illərdir bu istiqamətdə davamlı
layihələr həyata keçirir və iki şəhid ailəsinin daimi himayədarı kimi onlara dəstək verir.
“Unibank”ın sosial siyasəti, cəmiyyət qarşısında məsuliyyətin yalnız maliyyə
fəaliyyəti ilə məhdudlaşmadığını, həm də insani dəyərlərin qorunması və paylaşılması ilə ölçüldüyünü
göstərir.
“Zəfər
sadəcə tarixdə qalmır, o, hər gün xatirə, hörmət və minnətdarlıqla yaşadılır.
Bizim qəhrəmanlarımız və onların ailələri hər zaman Unibankın diqqət mərkəzindədir. Bu dəstək həm
borcumuz, həm də qürurumuzdur,” – deyə Unibank
İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov
bildirib.
Bu Zəfər bizimdir, bu minnətdarlıq hamımızındır.
Unibank – Sənin Bankın!