Bu ölkələrin rəsmiləri də paradı izlədi 

23:10 - 08 Noyabr 2025

Bu ölkələrin rəsmiləri də paradı izlədi 

Məlum olduğu kimi, bu gün Bakıda hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Şahbaz Şərif də iştirak edib.


Manset.az xəbər verir ki, Pakistan və Türkiyə ali nümayəndə heyətlərindən əlavə, hərbi parad üçün paytaxtımıza gələn yüksəksəviyyəli qonaqlar arasında Slovakiya Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak, Serbiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Milan Moysiloviç, Qazaxıstan müdafiə naziri Dauren Kosanov, Qırğızıstan müdafiə naziri Ruslan Mukambetov, Özbəkistan və Səudiyyə Ərəbistanı müdafiə nazirlərinin müavinləri də olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az