Bakcell-in süni intellekt əsaslı meqa lotereyasında daha bir
“Zeekr 001” qalibi bəlli olub. Həftəlik tirajın nəticələrinə əsasən, 5-ci lüks
avtomobil qalibi Sevda Əsədovadır. Qeyd edək ki, Sevda Əsədova lotereyada 1 AZN-lik şans
paketini alaraq qalib olub.
Manşet.az xəbər verir ki, lotereya çərçivəsində süni
intellekt vasitəsilə hər gün “iPhone 17”, hər həftə isə “Zeekr 001” qalibləri
seçilir. Lotereya 31 dekabr tarixinədək davam edəcək. Növbəti həftələrdə daha 8 “Zeekr 001”
avtomobilinin qalibləri məlum olacaq.
Lotereyada qalib gəlmək üçün sadəcə “Şans” paketlərini əldə etmək kifayətdir:
• 1
AZN-lik “Şans” paketi – 3 şans → *3#YES
• 5 AZN-lik “Şans”
paketi – 25 şans →*25#YES
“Şans” paketləri Bakcell abunəçilərinə həm lotereyada iştirak
haqqı, həm də şəbəkədaxili danışıq dəqiqələri qazandırır.
Ətraflı məlumat üçün: lotereya.bakcell.com