Ölkənin ən böyük maliyyə institutlarından biri olan Kapital Bank
beynəlxalq maliyyə bazarında yeni bir zirvəni fəth edərək, öz tarixində ilk
sindikatlaşdırılmış kredit sazişini uğurla imzaladı. Körfəz regionunun aparıcı
bankı olan “Mashreq Bank”ın təşkilatçılığı ilə həyata keçirilən bu tarixi
saziş mərasimi 11 noyabr 2025-ci il tarixində Dubay şəhərində hər iki bankın
rəhbərləri tərəfindən rəsmiləşdirildi. Əməkdaşlıq çərçivəsində Kapital Bank-a
50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaitinin cəlbi
nəzərdə tutulur.
Qeyd edək ki, bu əməkdaşlığın əsası ötən aylarda Körfəz regionunda
aparılan məqsədyönlü təqdimatlar zamanı qoyulub. Belə ki, Kapital Bank-ın Baş
Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü Emin Məmmədovun rəhbərliyi ilə bankın
nümayəndə heyətinin Doha və Dubay səfəri çərçivəsində regionun əsas maliyyə
institutlarına bankın güclü maliyyə göstəriciləri, dayanıqlı inkişaf
strategiyası və gələcək investisiya planları təqdim edilib. Məhz bu
təqdimatların uğurlu davamı olaraq imzalanan saziş, Kapital Bank-ın beynəlxalq
maliyyə bazarında etibarlı və sabit tərəfdaş statusunu daha da
möhkəmləndirib.
Tədbirdən dərhal sonra öz sosial media kanalında paylaşım edən
Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bu
əməkdaşlığı yüksək qiymətləndirib. “Bu əməkdaşlıq bankımızın maliyyə
dayanıqlılığını artırmaqla yanaşı, həm də Azərbaycanın maliyyə sektoru üçün
yeni beynəlxalq imkanlar yaradır. Bir ekosisteminin əsas hissəsi olaraq gələcək
hədəfimiz beynəlxalq tərəfdaşlıqları keyfiyyətcə yeni səviyyəyə qaldırmaqdır.
Biz bu resursları ölkəmizin rəqəmsal transformasiya prosesini gücləndirməyə və
uzunmüddətli dayanıqlı iqtisadi inkişafı təmin edən layihələrə yönəldərək ölkə
iqtisadiyyatına dəyər qatmağa davam edəcəyik”.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə
Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət
edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi
üçün – https://kbl.az/prcrc.